Baş katibi: “Terrorçuluğa heç bir bəraət qazandırmaq olmaz”
Dünya
24.06.2024 10:49
“Terrorçuluğa heç bir bəraət qazandırmaq olmaz”.
Bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Zhang Ming Dağıstanda baş verən terror aktına münasibət bildirərkən deyib.
TodayPress xəbər verir ki, hadisədən sarsıldığını qeyd edən Baş katib vurğulayıb ki, terrora heç bir halda bəraət qazandırmaq olmaz və terrorizmə qarşı barışmaz mübarizə ŞƏT-in prioritetlərindən biridir:
“ŞƏT bu hadisələrin tamamilə aradan qaldırılması üçün səylərini davam etdirəcək” deyə o qeyd edib.
Qeyd edək ki, Dağıstanda baş verən terror aktları nəticəsində 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.
Günəş Mərd
tag: Terrorçuluq, Şanxay Əməkdaşlıq, Dağıstan, ŞƏT, todaypress.az,