Baş katibi: “Alyansın nüvə təlimləri sülhün qorunmasına yönəlib”
NATO-nun nüvə təlimləri sülhün qorunmasına yönəlib.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte bildirib.
“Bu müntəzəm təlimlər hərbi silahlardan istifadə edilmədən Rusiya sərhədlərindən uzaqda keçirilir. NATO-nun nüvə qüvvələrinin əsas məqsədi sülhü qorumaqdır” deyə Baş katib qeyd edib.
Rutte xatırladıb ki, NATO-nun 60 təyyarənin iştirakı ilə illik “Steadfast” nüvə təlimi oktyabrın 14-də başlayıb.
Qeyd edək ki, bundan öncə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov NATO-nun Avropada keçirdiyi nüvə təlimlərini şərh edib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi çərçivəsində aparılan bu təlimlər gərginliyin daha da artmasına gətirib çıxaracaq.
Günəş Mərd
tag: Baş Katib, NATO, Rusiya, Avropa, Ukrayna, todaypress.az,