Baş katib: “Ukrayna hüquqi olaraq hələ də MDB-nin tərkibindədir”
Dünya
15.10.2024 15:03
Ukrayna və Moldova hüquqi olaraq Müstəqil Dövlətlər Birliyinin tərkibində qalırlar.
TodayPress xəbər verir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev bildirib.
“MDB-nin baş katibi kimi rəsmi şəkildə bəyan etmək istəyirəm: Ukrayna hüquqi olaraq MDB-nin tərkibində qalır. Moldova da...” deyə o, Moskvada keçirdiyi brifinqdə söyləyib.
Qeyd edək ki, MDB 1991-ci ilin 8 dekabr tarixində yaradılıb. Ukrayna 2014-cü ildə, Rusiya Krımı nəzarətə götürdükdən sonra, Moldova isə 2022-ci ildən Birlikdə iştirakını dayandırıb. Rəsmi Kişniyov 2023-cü ildən MDB-dən çıxma prosesinə başlayıb.
tag: MDB ,Prezident, Sergey Lebedev ,Moskva, Ukrayna ,todaypress.az,