"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olundu

Dünya

04.11.2024 22:56

İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klublarının sabiq yarımmüdafiəçisi, hazırda Çilinin “Kolo-Kolo” klubunda çıxış edən Arturo Vidal cinsi təcavüzdə ittiham olunub.

 

TodayPress xəbər verir ki, bu barədə “ADN" telekanalı məlumat yayıb.

 

Mənbənin məlumatına görə, hadisənin Vitacura şəhərindəki barda baş verdiyi iddia edilir.

 

Qeyd olunur ki, zərərçəkmiş narkotik təsirində olub, bundan sonra cinsi zorakılığa məruz qalıb.

 

Mənbə hüquq-mühafizə orqanlarının araşdırmaya başladığını iddia edir. Vidalın özü də şəxsiyyəti təsdiqləmək üçün artıq polis bölməsinə aparılıb.

 

Aynur TAC

tag: Narkotik, Cinsi Zorakılıq, Vidali, Barselona,todaypress.az,