Baqai: "İran “G7”nin əsassız ittihamlarını qəti şəkildə rədd edir"

Dünya

17.02.2025 20:30

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai fevralın 16-da  “G7”nin İslam Respublikasına qarşı son "əsassız və məsuliyyətsiz" ittihamlarını tamamilə rədd edib. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Fevralın 15-də “G7”nin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra bəyanat yayaraq, İranı sabitliyi pozan hərəkətlərdə, Yaxın Şərqdə və Qırmızı dənizdə terror təşkilatlarına və silahlı qruplara yardım etməkdə, həmçinin fundamental insan haqlarını pozmaqda ittiham ediblər. 

Onlar həmçinin bəyanatda İranın ballistik raketləri və pilotsuz təyyarələri yaymasını pisləyiblər. 

Baqai İran hökumətinin öz xalqını, ərazi bütövlüyünü və milli suverenliyini istənilən təhdid və təcavüzə qarşı müdafiə etmək üçün "qanuni hüquq və məsuliyyətə" malik olduğunu bildirib.  

Aysel Mətləb

tag: Dünya,G7,Aİ,Yaxın Şərq,todaypress.az,