Banqladeşin Baş naziri istefa verdi

Dünya

05.08.2024 14:03

Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib.

TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Onun ölkəni tərk edərək Finlandiyaya gedə biləcəyi bildirilir.

Daha əvvəl “France Presse” agentliyi Baş nazirə yaxın mənbəyə istinadən onun və bacısının iğtişaşlar fonunda paytaxt Dəkkədəki rəsmi iqamətgahı tərk edərək daha təhlükəsiz yerə getdiklərini xəbər vermişdi.

Xatırladaq ki, Banqladeşin paytaxtı Dəkkədə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.

Son məlumatlara görə, iğtişaşlar nəticəsində azı 300 nəfər ölüb.

tag: Banqladeş, Dəkkə, Hərəkat, Finlandiya, Polis, todaypress.az,