Banqladeşin 2 milyon sakini daşqınlardan zərər çəkdi
Dünya
07.07.2024 04:00
Banqladeşin təxminən 2
milyon sakini ölkənin şimal-şərqindəki daşqınlardan zərər çəkib.
TodayPress BNS
agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlər üzrə
dövlət naziri Mohibbur Rəhman bildirib.
"Bu il güclü
yağışın səbəb olduğu daşqınlardan 15 dairədə təxminən 2 milyon insan zərər çəkib",
- o deyib.
Mohibbour, daşqınlar nəticəsində
ölənlər haqqında təsdiqlənmiş məlumatların olmadığını və təbii fəlakətdən zərər
çəkən insanların 36 223 sığınacağa yerləşdiyini bildirib.
Onun sözlərinə görə,
hökumət ümumilikdə 8 700 ton düyü, 58 500 kisə quru ərzaq, habelə zərər çəkən ərazilərə
maddi yardım ayırıb.
Banqladeşdə avqust və
ya sentyabr aylarında yeni daşqın ehtimalı ilə əlaqədar hazırlıq işləri
aparılır.(report.az)
tag: todaypress.az, Banqladeş, Daşqın, Mohibbour, BNS,