Banqladeşdə vəziyyət gərgin olaraq qalır
Dünya
18.08.2024 11:30
Banqladeş
Ordusu ölkədə etiraz aksiyaları və hakimiyyət dəyişikliyi fonunda özlərini təhlükədə
hiss edən 626 vətəndaşa sığınacaq verib.
TodayPress
xəbər verir ki, bu barədə Banqladeş Ordusunun mətbuat xidməti məlumat yayıb.
Onlar
əsasən 24 siyasətçi, 5 hakim, 19 vəzifəli şəxs, müxtəlifə vəzifələr tutan 500-dən
çox polis, o cümlədən 12 nəfər digər peşə sahibləri, dövlət universitetlərinin
rəhbərlərindən ibarətdirlər. Həmin şəxslər hazırda hərbi şəhərcikdədirlər.
Töhfə
Səməd
tag: Banqladeş, Hücum, İğtişaşlar, Polis, Dəkkə, todaypress.az,