Banqladeşdə tələbə etirazları yenidən baş qaldırdı

Dünya

02.08.2024 20:50

Banqladeşdə tələbə etirazları yenidən başlayıb, iştirakçılar iyul ayında ölkədə baş verən etirazlar zamanı öldürülən insanların ölümünə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edirlər.

TodayPress “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Tələbə nümayişi paytaxt Dəkkədən 150 km aralıda yerləşən Habiqanc şəhərində təşkil olunub. Yüzlərlə fəal iyul ayında baş verən iğtişaşlarda ölən etirazçılarla bağlı ədalət tələbi ilə ilk olaraq şəhərin mərkəzinə yürüş ediblər. Kütlə hakim “Avami Liqası” partiyasının ofisinə çatanda etirazçılarla partiya nümayəndələri ilə dava düşüb. Polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Partiyanın ofisi yandırılıb. Polis əməkdaşları da daxil olmaqla 50 nəfərin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilir.

tag: Banqladeş, Etiraz, Tələbə, Dəkkə, todaypress.az,