Banqladeşdə tələbə-dövlət qarşıdurması davam edir, ölənlər var
Dünya
21.07.2024 15:33
Banqladeşdə tələbələrin hakimiyyətdəki qaydalara qarşı etiraza başlamalarından bu yana ölənlərin sayı 151-ə çatıb.
TodayPress, “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin polis və həkim nümayəndələri məlumat yayıb.
Bildirilib
ki, toqquşmalar nəticəsində ölənlər arasında polis əməkdaşları da var.
Xatırladaq
ki, ötən həftə bir qurup tələbə məşğulluqda kvota sisteminin tətbiqinə qarşı
etirazlara başlayıb. İğtişaşlar getdikcə böyüyüb və ölkədə komendant saatı tətbiq
edilməyə başlanıb. Banqladeş Ali Məhkəməsində
məşğulluq kvotalarının ləğvi ilə bağlı müraciətə baxılmağa başlaması ilə əlaqədar
iyulun 21-22-si istirahət günü elan edilib. Ölkədəki iğtişaşlar səbəbindən Baş
nazir Şeyx Hasina İspaniya və Braziliyaya səfərlərini ləğv edib.
Töhfə Səməd
tag: Banqladeş, Hücum, İğtişaşlar, Polis, Dəkkə, todaypress.az,