Banqladeşdə təbii fəlakət həyatı iflic etdi
Banqladeşdə aramsız yağan musson yağışlarından sonra yaşanan daşqınlar nəticəsində 20 nəfər həyatını itirib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rəsmilər hadisənin 5,2 milyondan çox insana təsir etdiyini bildiriblər.
Məlumata görə, sel suları xilasetmə və yardım işlərinin aparılmasına imkan vermir. Ucqar ərazilərdə bir çox insanlar təcrid vəziyyətində qalıblar. Qida, təmiz su, dərman və quru paltara ehtiyac yaranıb.
Töhfə Səməd
tag: Banqladeş, Yardım, Yağışlar, Musson Yağışları ,İnsanlar, todaypress.az,