Banqladeşdə polis nümayişçilərə atəş açdı

Dünya

20.07.2024 15:17

Banqladeş polisi dövlət vəzifələri üçün kvota sisteminə etiraz edən mitinq iştirakçılarına döyüş patronları ilə atəş açıb.

TodayPress xəbər verir ki, bu barədə “AFP” agentliyi məlumat yayıb.

"Banqladeş polisi Dəkkədə nümayişçilərə atəş açıb" agentliyin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda deyilir. Qeyd olunur ki, insident nəticəsində bir nəfər yaralanıb.

Qeyd edək ki, polisin və xəstəxanaların məlumatlarına görə, etirazların davam etdiyi Banqladeşdə təkcə son bir həftə ərzində azı 115 nəfər ölüb.

tag: Banqladeş, Dəkkə, Polis, Mitinq, todaypress.az,