Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 300 nəfərə çatdı
Dünya
05.08.2024 11:13
Banqladeşdə iğtişaşların gedişində 94-ü bazar günü olmaqla, azı 300 nəfər həlak olub.
TodayPress xəbər verir ki, Banqladeşin Daily Star nəşri səhiyyə, polis və hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Ötən gün həlak olanlardan 14-nün polis işçisi olduğu deyilir.
“Banqladeşdə hökumət əleyhinə həftələr boyu davam edən nümayişlərin ən qanlı günü olan bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşma qurbanlarının ümumi sayı azı 300 nəfərə çatıb” deyə agentlik bildirib.
Banqladeşin paytaxtı Dəkkədə və bütün ölkə daxilində etirazlar və nümayişlər bazar günü tələbə hərəkatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib.
tag: Banqladeş, Dəkkə, Tələbə, Polis, Toqquşma, todaypress.az,