Banqladeşdə iğtişaşlar: 105 ölü

Dünya

20.07.2024 09:03

2696

Banqladeşdə tələbələrin hökumət əleyhinə keçirdiyi etiraz aksiyalarında ən azı 105 nəfər həlak olub.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, Banqladeşin Narsinqdi bölgəsində polisin tələblərinə məhəl qoymayan nümayiş iştirakçıları həbsxanaya hücum ediblər. 

Asayiş keşikçiləri ilə qarşıdurma zamanı bir çox etirazçı ciddi xəsarət alıb. 

Dəkkə polisinin məlumatına görə, toqquşmada 50-ə yaxın hüquq mühafizə orqanının əməkdaşı yaralanıb. 

Qeyd edək ki, bu ay demək olar ki, hər gün keçirilən yürüşlərdə etirazçıların əsas tələbi dövlət qulluğu postlarında kvota sisteminə son qoyulmasıdır.

Günəş Mərd

tag: Banqladeş, Hücum, İğtişaşlar, Polis, Dəkkə, todaypress.az,