Banqladeşdə etirazlar və iğtişaşlar nəticəsində ölənlərin sayı artdı

Dünya

08.08.2024 12:07

Banqladeşdə son həftələrdə baş verən etiraz aksiyaları, iğtişaşlar və qarşıdurmalar nəticəsində 560 nəfər həlak olub.

TodayPress xəbər verir ki, bu barədə “Protom Alo” xəbər portalı məlumat yayıb.

Baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 nəfərin öldüyü məlum olub. Bundan əvvəl - iyulun 16-dan avqustun 4-dək toqquşmalarda təxminən 328 nəfər həlak olub.

Töhfə Səməd

tag: Banqladeş, Etiraz, Aksiyalar, Şeyx Hasina, Qarşıdurma, todaypress.az,