Banqladeşdə etirazlar davam edir: 2 ölü, 15 yaralı

Dünya

11.08.2024 12:15

Banqladeşin Dəkkə bölgəsində hərbçilər arasında baş verən toqquşma nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bu bərədə “Daily Observer” qəzeti  məlumat yayıb.

Məlumata görə, etirazçılar Dəkkə-Khulna şossesini bağlayaraq, hərbi qulluqçuların üzərinə kərpic və daş atıblar.

Xəsarət alanlar arasında dörd hərbçi, o cümlədən jurnalistlər və yerli sakinlər var.   

Qeyd edək ki, etirazlara səbəb avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verərək, ölkəni tərk etməsi olub. Şeyx Hasina ölkəni tərk etdikdən sonra Banqladeşin müxtəlif şəhərlərində Avami Liqasının onlarla ofisi yandırılıb, keçmiş hakim partiyanın 20-dən çox tərəfdarı öldürülüb.


Aytac Müşfiq

tag: hadisə,aksiya,etiraz,Banqladeş, Dəkkə ,todaypress.az,