Banqladeşdə etiraz aksiyası faicə ilə yekunlaşdı
Banqladeşin ən qədim təhsil ocaqlarından olan Dəkkə Universitetinin tələbələri hökümətə qarşı etiraz aksiyası keçiriblər.
TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Tələbələr hökumət işləri üçün kvota sisteminin ləğv edilməsini tələb ediblər. Polislə yaşanan qarşıdurmalar nəticəsində indiyə qədər 6 nəfər ölüb, yüzlərlə tələbə yaralanıb.
Qeyd edək ki, hökümət universitet və kolleclərin müvəqqəti bağlanmasını əmr edib.
Töhfə Səməd
tag: Banqladeş, Dəkkə, Universtet, Polis, todaypress.az,