Banqladeşdə etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatdı
Dünya
19.07.2024 21:14
Banqladeşdə hökumət işləri
üçün kvota sisteminə qarşı davam edən etirazlarda azı 75 nəfər ölüb.
TodayPress xəbər verir
ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Daha əvvəl 50 nəfərin öldüyü
bildirilirdi.
Qeyri-rəsmi mənbələr 100 nəfərin
öldüyünü bildirir. Yaralıların sayı artıq bir neçə minə çatıb.
Banqladeşdə etirazlar bu ay
ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə
müstəqillik uğrunda döyüşənlərin qohumları üçün işə qəbul kvotalarına etiraz
etməsindən sonra başlayıb. Onlar ayrı-seçkilik hesab olunurdu.
Qeyd edilir ki, 170 milyonluq
ölkədə 32 milyona yaxın gənc işsizdir.
Ötən gün paytaxt Dəkkədə polis
ictimai asayişi qoruyarkən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin
güllələrdən istifadə edib, hökumət isə nümayişləri yatırmaq üçün mobil internet
şəbəkələrinin bağlanmasına göstəriş verib. Paytaxtın səmasında hərbi
helikopterlər dövrə vurur, küçələrə zirehli texnikalar çıxarılıb.
tag: Banqladeş, Etiraz aksiyaları, Dəkkə, Paytaxt, todaypress.az,