Banqladeşdə etiraz aksiyaları şiddətləndi

Dünya

04.08.2024 18:00

Banqladeşdə baş verən etiraz aksiyalarından sonra hökumət fövqəladə vəziyyət elan edib.

TodayPress xəbər verir ki, bu barədə “Banglanews24” məlumat yayıb.

Etiraz aksiyaları ilə əlaqədar saat 18:00-da komendant saatı elan edilib və internet bütün ölkədə kəsilib.

Ən son məlumatlara əsasən indiyə qədər aksiyalarda 32 nəfər ölüb, çoxlu sayda yaralı var.

Qeyd edək ki, etirazlara səbəb dövlət qurumlarında vəzifələrin 30 faizinin Banqladeşin müstəqilliyi uğrunda 1971-ci ildə aparılmış müharibənin veteranlarının qohumlarına verilməsinə dair aşağı instansiya məhkəməsinin qərarı olub. Banqladeş Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, bu kvota 7 faizə endirilib.

Töhfə Səməd

tag: Banqladeş, Hücum, İğtişaşlar, Polis, todaypress.az,