Banqladeşdə davam edən daşqınlar həyatı iflic etdi

Dünya

07.07.2024 16:03

Banqladeşin Sunamqanc bölgəsində davam edən sel və daşqınlar nəticəsində təxminən 500 min insan zərər çəkib.

TodayPress xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

Rayonda bir çox ev və iş yerləri su altında qalıb. Əraziyə çirkab sular vasitəsilə yoluxucu xəstəliklərin yayılması da sağlamlıq üçün ciddi narahatlıq yaradıb.

Daşqınlar heyvan tələfatına da səbəb olub. Təsərrüfat və quşçuluqla məşğul olan bir çox insan ciddi zərər çəkib.

Düşərgələrə göndərilən vətəndaşlar isə qida və təmiz su çatışmazlığı səbəbindən çətinlik yaşayırlar.

Zərərçəkənlər yerli hökumətə müraciət etdiklərini, lakin heç bir dəstək almadıqlarını bildiriblər.

Qeyd edək ki, mayın 17-dən iyulun 3-dək davam edən yağışlar nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 102-ə çatıb.

 

Töhfə Səməd

tag: Banqladeş, Sel, Daşqın, Fəlakət,Hadisə,SU,todaypress.az,