Banqladeşdə baş verən yanğında 24 nəfər öldü
Banqladeşdə beşulduzlu hoteldə baş verən yanğında 24 nəfər həyatını itirib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, yanğın başladıqdan bir saat sonra Hərbi Hava Qüvvələrinə məxsus helikopter hoteldə qalan bir neçə şəxsi xilas edib.
Yanğın qismən nəzarətə götürüləndən sonra 14 mərtəbəli otelin müxtəlif mərtəbələrindən meyitlərin çıxarılmasına başlanılıb.
Hadisə nəticəsində 50-dən çox insan yaralanıb.
Xatırladaq ki, Banqladeşdə etirazlar fonunda Baş nazir Şeyx Hasina istefa verib və ölkəni tərk edərək Hindistana gedib. Nümayişlərdə 300-ə qədər adam öldürülüb.
tag: Banqladeş, Yanğın, Hərbi Qüvvələr, Şeyx Hasina, İstefa, todaypress.az,