Banqkokda lüks oteldə ölən vyetnamlıların qanında sianid aşkarlandı
Dünya
18.07.2024 05:00
Banqkokda lüks otel otağında
ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, zəhərlənmənin arxasında zərərçəkənlərdən birinin
dayandığı ehtimalı böyükdür
Tailandın baş naziri Settha
Thavisin bildirib ki, istintaqda Tailand təhqiqatçılarına ABŞ Federal Təhqiqatlar
Bürosu kömək edir.
Xatırladaq ki, ötən gün
Tailandın paytaxtında dəbli otellərdən birində 6 nəfərin meyiti aşkar edilib.
Onların hamısı vyetnamlıdır, lakin bəziləri həm də ABŞ pasportu daşıyır.
Polis zəhərlənmənin arxasında
borca görə cinayət törədənlərdən birinin durduğunu güman edir. Həmin şübhəli də
ölənlər arasındadır. Polis əməkdaşlarının sözlərinə görə, otaqda heç bir
mübarizə, quldurluq və ya soyğunçuluq əlaməti aşkar edilməyib.
Həlak olanlardan ikisi
investisiya məqsədləri üçün üçüncü şəxsə “on milyon Tailand batı” borc verib.
10 milyon bat təxminən 280 min dollardır.
Hadisə yerinə gələn Tailandın Baş naziri Settha Thavisin istintaqı şəxsi nəzarətinə götürdüyünü bildirib. O əlavə edib ki, baş verənlər ölkənin nüfuzuna və turist axınına təsir etməməlidir.
tag: Sianid, Vyetnam,Otel, Banqkok, todaypress.az,