Balkanlarda hava çirkliliyi böhranı yaşanır

Dünya

23.01.2025 15:18

Serbiyanın paytaxtı Belqradla Bosniya və Herseqovinanın Sarayevo şəhəri qlobal çirklənmə cədvəlinə başçılıq edir.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belqraddakı Bərpa Olunan Enerji və Ətraf Mühitin Tənzimlənməsi İnstitutunun illik hesabatında qeyd olunub ki, bölgədə havanın çirklənməsinin azaldılması üçün heç bir resurs yoxdur.

Noyabr ayında Avropa Komissiyasının yayımladığı hesabatında isə qitədə təmiz istixana qazı emissiyalarının 1990-cı ildən bəri bərpa olunan enerjinin tətbiqi nəticəsində təxminən 40% azalığı bildirilib.

Bundan başqa, Avropanın ən kasıb ölkələrindən biri olan Kosovo elektrik enerjisinin 90%-dən çoxunu kömürdən istehsal edir. 

Dünya Bankının hesablamalarına görə, kömürdən azad iqtisadiyyata keçid 4,5 milyard avroya başa gələcək.

Çirklənmə səviyyəsini izləyən “IQAir”in məlumatına görə, Bosniya və Herseqovinanın paytaxtında havanın keyfiyyəti yanvarın 21-də dünyanın ən pis havası kimi qiymətləndirilib.

Şimali Makedoniyanın paytaxtı Skopyedə isə yerli sakinlər günlərlə qara duman səbəbindən yaxınlıqdakı qarlı dağları görə bilmirlər.

Balkan ölkələri karbon emissiyalarını azaltmağı öhdələrinə götürsələr də, iqtisadi çətinliklər yenilənməni gecikdirir. 

Qeyd edək ki, ətraf mühitin çirklənməsi ilə əlaqədar ölüm nisbəti Bosniya və Herseqovinada 100 min nəfərə 114, Serbiya və Monteneqroda təxminən 100, Almaniyada 45, Fransada isə cəmi 29-dur.

Nicat Osman

tag: Serbiya,Bosniya və Herseqovina,Enerji ,Ətraf Mühit,todaypress.az,