Bakı-Sumqayıt elektrik qatarlarında qiymətlər artırılır

Dünya

23.09.2024 17:30

Sentyabrın 25-dən Bakı Dairəvi Dəmir yolu xəttində qiymətlər artırılacaq.

TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, həmin tarixdən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək. 

Sərnişinlər minimum 40 qəpik ödəməklə mənzilbaşına çatacaq. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 10-20 qəpik artırılacaq.

tag: Abşeron, Sərnişinlər ,Gediş Haqları ,Bakı Dairəvi Dəmir Yolu ,Artım, todaypress.az,