Bahalı benzinlər avtomobilin gücünü artırmır

Dünya

19.08.2024 11:59

Bahalı benzin avtomobilin gücünü artırmır, lakin mühərrikin tam gücü ilə işləməsinə imkan yaradır. 

TodayPress xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. 

“İlk növbədə onu demək lazımdır ki, siz həmişə avtomobil istehsalçısının tövsiyə etdiyi benzindən istifadə etməlisiniz. Məsələn, Aİ-95 və ya Aİ-98 tövsiyə olunan modellərdə, Aİ-92-dən istifadə, bir sıra problemlərə gətirib çıxara bilər”.

Yarana biləcək mümkün risklərə mühərrikin performansının azalması, zədələnməsi və yanacaq sərfiyyatının artması daxildir.

Töhfə Səməd

tag: Benzin, Avtomobil, Mühərrik, Aİ-95, ai-98, todaypress.az,