BAEA-nın texniki qrupu İrana səfər edəcək
İran nüvə obyektlərinə baxış keçirilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə (BAEA) razılaşıb.
TodayPress xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Məlumata görə, BAEA-nın texniki qrupu nüvə obyektlərində kameranəzarətinin bərpasını müzakirə etmək üçün yaxın günlərdə İrana yollanacaq.
Türkan İsgəndərli
tag: İran,BAEA,Atom,Səfər,Todaypress.az,