Bacı-qardaşa görə Boğaziçinin fəaliyyəti dayandırıldı
Dünya
04.01.2025 08:32
İstanbulda
dənizdə itən qardaş və bacının axtarışı ilə bağlı genişmiqyaslı əməliyyatın
keçirilməsi məqsədilə Bosfor boğazından gəmilərin tranziti bir neçə saatlıq
dayandırılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat
yayıb.
“Dənizə düşən
qardaş və bacının axtarışları çərçivəsində gəmilərin Bosfor boğazından tranziti
hər iki istiqamətdə dayandırılıb” deyə idarənin mətbuat xidmətindən
bildirilib.
Bir neçə saatdan
sonra gəmilərin hərəkəti bərpa olunub.
Faciə noyabrın
23-də İstanbulun Sarıyer rayonunda baş verib. Aişə Can adlı gənc qadın dənizə
yıxılıb və qardaşı Velat onun köməyinə qaçıb. 40 gündən artıqdır ki,
xilasedicilər itkin düşənləri tapa bilmir.
tag: Bacı, Qardaş, Ölüm, İstanbul, Türkiyə, Sarıyer, Nəqliyyat, todaypress.az,