Azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qadağa
Dünya
21.11.2024 09:57
Avstraliyada 16 yaşdan kiçik insanların sosial mediaya çıxışını qadağan edən qanun qəbul edilib.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Entoni Albaneze bildirib.
Onun sözlərinə görə, yeni qanun sosial media istifadəçiləri üçün minimum yaş həddi təyin etdiyi üçün dünyada aparıcı qanunlardan biri olacaq.
Qanun texnologiya şirkətlərini və sosial şəbəkə administrasiyalarını 16 yaşdan kiçik istifadəçilərin qeydiyyatdan keçməsinin qarşısını almaq üçün tədbirlər görməyə məcbur edəcək.
Tələblərin pozulmasına görə rəqəmsal platformaların 49,5 milyon Avstraliya dollarına qədər cərimə olunması nəzərdə tutulub.
Günəş Mərd
tag: Qadağa, Avstraliya,Baş Nazir,Entoni Albaneze,Tələblər, todaypress.az,