Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğradı, yaralananlar var
Dünya
10.11.2024 03:14
Misirin şərqində, Ras-Sidr şəhəri
yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil
olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
TodayPress xəbər verir ki, bu barədə “Cairo24”
telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və
Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya
çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.
tag: Misir ,Azərbaycan, Ras-Sidr, Rusiya, Qəza, todaypress.az,