Azərbaycan və Rusiya XİN başçılarının müavinləri Nyu-Yorkda görüşdü
Azərbaycan və Rusiya
xarici işlər nazirlərinin müavinləri Nyu-Yorkda görüşüb.
TodayPress
Rusiya
XİN-ə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının
yüksək səviyyəli həftəsi çərçivəsində Rusiya Federasiyası xarici işlər
nazirinin müavini Sergey Verşinin ilə Azərbaycan xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev arasında görüş keçirilib.
Görüş zamanı noyabrın
11-22-də Azərbaycanın sədrliyi ilə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) iqlim
gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Diplomatlar Nyu-Yorkda
keçirilən BMT-nin Gələcək Sammitinin aktual məsələləri və inkişaf etməkdə olan
ölkələrin üzləşdiyi problemlərə effektiv həll yollarının tapılmasının
zəruriliyini də müzakirə ediblər.
tag: XİN, ABŞ, Rusiya, Amerika, todaypress.az,