Azərbaycan və Özbəkistanın hərbi mütəxəssisləri görüşdü – FOTO

Dünya

14.12.2024 10:24

2261

Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.

Qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.

tag: Azərbaycan ,Özbəkistan ,Müdafiə, Nazirlik ,todaypress.az,