Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından biridir - Boris Titov
Dünya
15.07.2024 20:51
Azərbaycan Rusiyanın əsas tərəfdaşlarından
biridir. Bizim ölkələrimizi bir-birinə həm ailə, həm də sahibkarlıq münasibətləri
səviyyəsində minlərlə, hətta milyonlarla tellər bağlayır.
TodayPress xəbər verir
ki, bu sözləri Rusiya Federasiyası (RF) Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olmaq üçün Beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris
Titov Rusiyanın ölkəmizdəki səfirliyində jurnalistlərə açıqlamasında bildirib.
“Rusiyada çox sayda azərbaycanlı
işləyir, Bakıda və Azərbaycanın digər şəhərlərində çox sayda rus yaşayır.
Münasibətlərimizin təməlində dayanan amil məhz budur” deyə o əlavə edib.
tag: todaypress.az, Rusiya, Azərbaycan, Boris Titov, Əlaqələr,