Azərbaycan əsilli astronavt kosmosda uçdu

Dünya

08.06.2024 18:58

Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın

“Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

TodayPress xəbər verir ki, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə Bayrağı və Azərbaycan Bayrağı ilə başlayıb. Tuva Cihangir Atasever və missiyanın digər üzvləri, onları yola salan doğmaları və media nümayəndələrinin qarşısında “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar (azərtac)

tag: Kosmos, Azərbaycanlı, Türkiyə, ABŞ, todaypress.az,