"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat açıqlanacaq

Dünya

05.01.2025 17:30

Qazaxıstanda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasını araşdıran hökumət komissiyası təhqiqatın ilkin nəticələri yanvarın sonunda açıqlanacaq.     

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Belə ki, Qazaxıstanda ölkə qanunvericiliyinin və ICAO-nun 13 saylı əlavəsinin tələblərinə uyğun olaraq, qəzanın baş verdiyi tarixdən 30 gün sonra təhqiqatın ilkin və ya aralıq nəticələri elan ediləcək.     

Nazirlikdən həmçinin bildirilib ki, qəza ilə bağlı beynəlxalq ekspertlərin araşdırması davam edir.

tag: Qazaxıstan,Qəza,Təyyarə,AZAL,Todaypress.az,