Azadlıq Cəbhəsi: “Fransa repressiyalara son qoymalıdır”

Dünya

21.09.2024 11:35

Fransa Müstəmləkələrinin Azadlıq Cəbhəsi bəyanat yayıb.

TodayPress xəbər verir ki, bəyanatda Sent-Lui qəsəbəsindən olan iki gənc Kanakın öldürülməsinin Kanakidəki vəziyyətin faciəvi göstəricisi olduğu qeyd olunub.

Fransa dövləti Numea və Matinyon müqavilələrindəki vədlərə xəyanət edərək asayişi qorumaq bəhanəsi ilə müstəmləkə rejimini saxlamaqda israr edir:

"Müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini zorakı üsullarla həllinə üstünlük verir.

Bu gün burada hədəf öz müqəddəratını təyin etmək hüququndan inadla məhrum edilmiş və dekolonizasiya olunmamış xalqdır.

Bu sistemli və institusional zorakılığa qarşı beynəlxalq ictimaiyyət səssiz qala bilməz. Fransaya təzyiq göstərmək, beynəlxalq hüquq standartlarına hörmət etməsini tələb qoymaq və onun repressiv qüvvələrinin törətdiyi repressiyalara dərhal son qoymasını tələb etmək beynəlxalq ictimaiyyətin borcudur.

Martinikdə mənzərə ürəkaçan deyil. Martinik xalqının iqtisadi və sosial ədalət haqları vəhşicəsinə basdırılır. Xalqın tələblərini boğmağa yönəlmiş bu dövlət repressiyası müstəmləkə məntiqinin bir hissəsidir. Biz bunu şiddətlə pisləyirik.

Beynəlxalq Azadlıq Cəbhəsi Kanakidə, Martinikdə və bütün dünyada müstəmləkəçiliyin bütün qurbanlarına sarsılmaz dəstəyini ifadə edir. Bizim mübarizəmiz ədalət, azadlıq, qurtuluş və xalqımızın ləyaqəti uğrunda mübarizədir. Biz mübarizəmizə müstəmləkəçilik qəti şəkildə aradan qaldırılana və xalqlarımız nəhayət azad, sülh və suverenlik içində çiçəklənənə qədər sadiq qalacağıq" deyə qeyd olunub.

Bəyanata Fransa müstəmləkəsi altında olan ərazilərdəki 17 siyasi hərəkat qoşulub.

tag: Azadlıq Cəbhəsi ,Martinik, Mübarizə ,Fransa ,Sülh, todaypress.az,