Ayın uzaq tərəfindən Yerə torpaq gətirildi – TARİXDƏ İLK
Dünya
25.06.2024 11:17
Çinin “Çanqe-6” kosmik gəmisi bəşər tarixində ilk dəfə olaraq Ayın uzaq tərəfindən Yerə torpaq nümunələrini çatdırıb.
TodayPress xəbər verir ki, enişi Çin Mərkəzi Televiziyası yayımlayıb.
Sizivanqi eniş sahəsində uğurla eniş edən “Çanqe-6” may ayının əvvəlində “Lonq Marş - 5 Y8” daşıyıcı raketindən istifadə edərək Haynan adasındakı “Wenchang” Peyk Başlatma Mərkəzindən buraxılıb.
Qeyd edək ki, iyunun 2-də Çin kosmik gəmisi Cənub Qütbü-Eitken hövzəsində planlaşdırılan əraziyə enib, müxtəlif ərazilərdən torpaq nümunələri toplayıb və iyunun 4-də Yerin təbii peykinin səthindən havaya qalxıb.
Günəş Mərd
tag: Ay, Yer, Torpaq, Çin, Çanqe-6, todaypress.az,