Ayın torpağı nümayiş olundu

Dünya

24.04.2025 10:53

5

Çin Ayın uzaq tərəfindən gətirilən torpaq nümunələrini ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirib.   

TodayPress xəbər verir ki, bu tarixi hadisə “Çanqe-6” missiyası çərçivəsində baş tutub. 

Çin bu bölgədən torpaq gətirən ilk ölkə olub.  Torpaq nümunələri Çinin Milli Kosmonavtika Günü münasibətilə Şanxay Ümumdünya Sərgi Mərkəzində sərgilənir.

Burada həmçinin 2020-ci ildə “Çanqe-5” missiyası zamanı toplanan Ay torpaqları da nümayiş olunur. 

Çin rəsmiləri bildiriblər ki, aprelin 24-də üç astronavtı daşıyan “Şençjou-20” kosmik gəmisini orbitə göndərəcəklər. 

Türkan İsgəndərli

tag: Çin,Ay,Torpaq,Nümayiş,Todaypress.az,