Aya kombaynlar göndəriləcək

Dünya

27.01.2025 18:37

Amerikanın “Interlune” şirkəti helium-3 çıxarmaq üçün Aya kombaynlar göndərməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə "Space News" məlumat yayıb.

Şirkətin baş direktoru Rob Meyersonun sözlərinə görə, beş kombayndan istifadə edərək quruda aparılan kənd təsərrüfatı əməliyyatına bənzər məhsul yığımı sistemini inkişaf etdirməyi hədəfləyir. O etiraf edib ki, maliyyə gəlirini real zəmində formalaşdırmaq üçün illər lazım olacaq.

Meyerson xatırladıb ki, helium-3-ün qiyməti hər kiloqram üçün təxminən 20 milyon dollardır. Biznesmen qeyd edib ki, resursdan superkeçirici kvant hesablama proqramları (mütləq sıfıra yaxın temperatura qədər soyutma cihazları) və Yer kürəsində sintez reaktorları üçün yanacaq kimi istifadə oluna bilər.

"Interlune" axtarış missiyası 2027-ci ilə planlaşdırılır. Şirkət “Starship” kosmik gəmisindən istifadə etməklə Yerin təbii peykini tədqiq etməyi nəzərdə tutur.

Töhfə Səməd

tag: Amerika,Interlune,Rob Meyerson,Starship,todaypress.az,