Avtomobil qəzasında 50-dən çox insan xəsarət aldı

Dünya

02.08.2024 21:40

Myanmanın Yanqon şəhərində baş verən avtomobil qəzasında 50-dən çox insan xəsarət alıb.

TodayPress “Xinhua”-ya istinadən xəbər verir ki, hadisəyə səbəb tikiş fabrikinin işçilərini daşıyan avtomobilin piyadanın yolu keçmək istəyərkən aşması olub.

Məlumata görə, 40-dan çox qadın və 10 kişi də daxil olmaqla zərərçəkənlər yerli xəstəxanaya göndərilib.

Nəzrin Cavadzadə

tag: Qəza, Myanma, Yanqon, Nəqliyyat, todaypress.az,