Avtomobil nəhəngi milyonlarla dollar cərimələndi

Dünya

21.10.2024 16:45

"Volkswagen" avtomobil şirkətinin Britaniya şöbəsi çətin vəziyyətdə olan borc alanlarla pis rəftar etdiyi iddiasına görə, 5,4 milyon funt sterlinq (7 milyon dollar) məbləğində cərimələnib. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” Böyük Britaniyanın Maliyyə Davranış Təşkilatına (FCA) istinadən məlumat yayıb.

Bundan əlavə, avtomobil şirkətinin bölməsi indi 21,5 milyon funt sterlinq ödəyəcək. 

2017-ci ilin yanvarından 2023-cü ilin iyuluna qədər “Volkswagen”in hərəkətləri nəticəsində zərər çəkə biləcək 110 minə yaxın borcalan onları kompensasiya kimi alacaq.

 Günəş Mərd

tag: Avtomobil, Maliyyə,Volkswagen, Britaniya, Kompensasiya, todaypress.az,