Avtomobil donuzla toqquşdu, əczaçı qız həlak oldu

Dünya

19.07.2024 11:54

1576

Antalyada tətildən sonra evlərinə yollanan Dikmən ailəsi Çorluda qəza keçirib. Qəzada 30 yaşlı əczaçı Begüm Dikmən həyatını itirib, 3 nəfər isə yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “haberler.com” məlumat yayıb.

Tekirdağın Çorlu mahalında avtomobilin donuza dəyib aşması nəticəsində, əczaçı Begüm Dikmen (30) həyatını itirib, onun anası, atası və böyük bacısı isə yaralanıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən təcili yardımla Çorlu Dövlət Xəstəxanasına aparılıblar. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Begüm Dikmənin həyatını xilas etmək mümkün olmayıb. Müalicə olunan 3 nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib. Jandarma qrupları qəza ilə əlaqədar araşdırmalarını davam etdirir.

tag: Antalya, Qəza, Dikmən, Çorlu, todaypress.az,