Avtobuslar çaya aşdı, 65 nəfər itkin düşdü

Dünya

12.07.2024 11:02

2327

Nepalda torpaq sürüşməsi nəticəsində iki sərnişin avtobusu çaya düşüb.

TodayPress xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. 

Hadisə nəticəsində azı 65 nəfər itkin düşüb. Qəza zamanı cəmi 3 sərnişin avtomobildən sağ çıxa bilib.

Hazırda hadisə yerində xilasedicilər işləsə də, güclü yağış onların işinə mane olur.

Hadisə yerinə gedən yolun bir hissəsi isə sürüşmə səbəbindən bağlanıb.

Töhfə Səməd

tag: Nepal, Torpaq Sürüşməsi, Hadisə, Qəza, Xilasedicilər, todaypress.az,