Avtobusla qatarın toqquşması nəticəsində 5 şagird öldü, 20 nəfər yaralandı
Dünya
01.08.2024 07:00
Cənubi Afrikada məktəb
avtobusu ilə qatarın toqquşması nəticəsində 5 şagird ölüb, 20 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, Nəqliyyat Departamentindən verilən məlumata görə, avtobus və
yük qatarının toqquşması çərşənbə günü günorta saatlarında Cənubi Afrikanın şərqindəki
Mpumalanqa əyalətinin Middelburq şəhərində baş verib.
Departament qəza nəticəsində 5
uşağın həyatını itirdiyini, 20 uşağın ağır yaralandığını təsdiqləyib.
Hüquq-mühafizə orqanları qəzadan
sonra avtobus sürücüsünün hadisə yerindən qaçdığını, qatarın maşinisti və
ekipajının heç bir xəsarət almadığını bildirib.
Məlumatda bildirilir ki, qəzanın
səbəbləri araşdırılır.
Nəzrin Cavadzadə
tag: Cənubi Afrika, Qəza, Qatar , Avtobus, Şagird, todaypress.az,