Avtobusda partlayış oldu, sürücü və sərnişin yaralandı

Dünya

02.07.2024 16:20

Moskvanın şimalında sərnişin avtobusunun damında qaz avadanlığı partlayıb.

TodayPress xəbər verir ki, partlayış nəticəsində xəsarət alan sürücü xəstəxanaya çatdırılıb.

Nəqliyyat Departamentindən verilən məlumata görə, qəzanın baş verdiyi İjorski keçidi boyunca yol bağlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, isti hava Moskvada avtobusun damında qaz avadanlığının partlamasına ilkin səbəb kimi göstərilir.

Rusiya paytaxtının yol polisi avtobusun damında qaz balonunun partlaması nəticəsində təkcə sürücü deyil, sərnişinin də xəsarət alması barədə məlumat yayıb.(apa.az)

tag: Avtobus, Moskva,Sürücü, Sərnişin, Partlayış,Xəsarət, todaypress.az,