Avtobus yoldan çıxdı, 30 nəfər yaralandı
Dünya
20.07.2024 04:00
Şri-Lankanın Şərq əyalətinin
Trincomalee rayonunda avtobusun yoldan çıxaraq aşması nəticəsində 30-dan çox
insan xəsarət alıb.
TodayPress xarici mətbuata
istinadən xəbər verir ki, yaralılar rayon xəstəxanalarına yerləşdirilib. Bəzilərinin
vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisə baş verən zaman
yağışın olmadığını və qəzanın səbəblərinin araşdırıldığını bildirib.
2023-cü ilin hesabatına görə, Şri Lankada baş verəm 2200 yol qəzasında 2557 nəfər ölüb.
Nəzrin Cavadzadə
tag: Şri-lanka, Avtobus, Qəza,Yaralı, todaypress.az,