Avtobus aşdı: 6 nəfər həlak oldu, 20 yaralı var

Dünya

18.10.2024 12:16

1600

Oktyabrın 18-də səhər saatlarında Aksaray-Ankara trasında ağır yol qəzası baş verib.

TodayPress xəbər verir ki, ilkin məlumata görə, Aksaray vilayətinin Acıpinar qəsəbəsi yaxınlığında avtobusun aşması nəticəsində 6 sərnişin həlak olub, 20 nəfər yaralanıb.

Nevşehir vilayətindən Kappadokiyaya hərəkət edən avtobusun sürücüsü məlum olmayan səbəbdən nəqliyyat vasitəsinin idarəetməsini itirib.

Aksaray vilayətinin valisi Mehmet Ali Kumbuzoğlu bildirib ki, avtobusda 44 sərnişin olub.

Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürən briqadalar cəlb olunub.

tag: Aksaray, Ankara, Acıpinar, Nevşehir, Kappadokiya, Qəza, todaypress.az,