Avstriyada atılmış ev heyvanlarının sayı rekord səviyyədədir

Dünya

03.08.2024 08:50

Avropa İttifaqının heyvanların müdafiəsi üzrə Ombudsmanın məlumatına görə, Avstriyada atılmış ev heyvanların sayı “hazırda yenə də rekord səviyyədədir”. Heyvandan imtina edilməsi çox vaxt yay mövsümündə, tətillərin pik vaxtında baş verir.

TodayPress Avstriyanın İctimai Teleradioşirkətinin saytına (orf.at) istinadla xəbər verir ki, son bir neçə ayda heyvanlardan imtina edilməsi ilə bağlı üç işin hər biri üzrə 4 min avro cərimə tətbiq edilib.

“Heyvanlardan imtina edilməsi – heyvanlara qarşı qəddar davranışdır və buna görə çox sərt cəza nəzərdə tutulur” deyə Aİ-nin heyvanların müdafiəsi üzrə Ombudsmanı Yeva Persi bildirir.

Heyvanların Müdafiəsi haqqında Qanuna əsasən, saxlamaqdan imtinaya görə 7500 avro, eyni əməlin təkrar törədilməsinə görə isə 15 min avroya qədər cərimə nəzərdə tutulur.

tag: Avstriya, Aİ, Ev heyvanı, Rekord, todaypress.az,