Avstriya XİN: “Biz NATO-ya üzv olmaq niyyətində deyilik”
Dünya
11.07.2024 17:15
“Avstriya NATO-ya üzv olmaq niyyətində deyil, lakin alyansla tərəfdaşlıqdan da imtina etməyəcək”.
TodayPress “TRT”yə istinadən xəbər verir ki, bu sözləri ölkənin Xarici işlər naziri Aleksander Şallenberq bu barədə “ORF” radiosunun efirində deyib.
“Biz hərbi baxımdan neytral dövlətik və NATO-ya üzv olmağı planlaşdırmırıq” deyə nazir əlavə edib.
Onun sözlərinə görə, Avstriya 1995-ci ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak edir və bu qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Aleksander Şallenberq iyulun 9-11-də NATO-nun Vaşinqtonda keçirilən sammitinə dəvət alsa da, Hindistanın Baş naziri Narendra Modinin Vyanaya səfərinə görə tədbirdə iştirak etməyib.
Töhfə Səməd
tag: Avstriya, NATO, Sülh, Aleksandr, Tərəfdaşlıq, todaypress.az,