Avstriya Təl-Əvivə olan uçuşları ləğv etdi

Dünya

01.08.2024 17:33

Avstriya Hava Yolları regionda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar Tel-Əvivə olan uçuşları avqustun 8-dək təxirə salmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə Avstriya Mətbuat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqin digər istiqamətlərinə uçuşlar dəyişməz qalacaq.

Bundan öncə Amerikanın "Delta” aviaşirkəti təhlükəsizlik səbəbi ilə Nyu-York beynəlxalq Hava Limanından uçuşları müvəqqəti həyata keçirməyəcəyini açıqlamışdı. Bu sıralara “United Airlines” də qoşulub.

Töhfə Səməd

tag: Avstriya, Hava Yolları, delta, Nyu-York, Tel-Əviv, todaypress.az,