Avstriya kansleri: “Putin əbədi qalmayacaq”

Dünya

08.05.2025 23:45

24

Avstriya kansleri Kristian Ştoker Rusiyaya qarşı sanksiyaların davam etməsini və enerji asılılığının azaldılmasını vacib sayır. 

TodayPress xəbər verir ki, o, bu barədə “Euronews”ə eksklüziv müsahibəsində danışıb.

Valensiyada keçirilən Avropa Xalq Partiyasının qurultayında çıxış edən Ştoker bildirib ki, Moskva enerjini siyasi şantaj alətinə çevirib və buna qarşı tədbirlər görülməlidir. O, Avropa İttifaqının Rusiya ilə prezident Vladimir Putini bir-birindən ayırmağı öyrənməsinin vacibliyini vurğulayıb.

“Rusiya – bu təkcə Putin deyil. Onunla əməkdaşlıq çox çətindir, amma bir gün o hakimiyyətdə olmayacaq. Rusiya isə qalacaq. Hazırda biz onu, o cümlədən Avstriya da daxil olmaqla, Qərb demokratiyalarına qarşı apardığı dezinformasiya kampaniyaları və destabilizasiya fəaliyyətlərinə görə təhlükə kimi görürük. Hazırda Rusiya bizim tərəfdaşımız deyil. Amma bu həmişə belə qalmayacaq – liderlər əbədi hakimiyyətdə olmur” deyə Ştoker qeyd edib.

Kansler əlavə edib ki, Ukraynada atəşkəs perspektivləri görünmədiyi üçün Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların yumşaldılmasından danışmaq hələ tezdir. Onun sözlərinə görə, gələcəkdə əldə olunacaq istənilən sülh razılaşması Ukraynanın şərtləri əsasında olmalıdır.

Qiymət Mahir

tag: ,